Sabah Bakıda 45 ölkədən 128 şahmatçının iştirak edəcəyi Dünya Kuboku yarışları start götürür. Lent.az-ın məlumatına görə, yarışla əlaqədar FİDE-nin prezidenti Kirsan İlyumjinov da Bakıya gəlib.
Yarışlarda xeyli tanınmış şahmatçılar iştirak edəcək. Onlar arasında 2 eks çempion Vladimir Kramniklə Vesilin Topalov, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsen, eləcə də, Levon Aronyan da var.
Yarışın təntənəli açılış mərasimi bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları isə sentyabrın 11-də saat 15:00-da start götürəcək.