Bakıda Avropa Olimpiya Komitəsinin komissiya iclası keçirilib
05 aprel 2013 14:23 (UTC +04:00)

Bakıda Avropa Olimpiya Komitəsinin komissiya iclası keçirilib

Bakıda Avropa Olimpiya Komitəsinin (EOC) Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilib. Milli Olimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, əsas müzakirə mövzusu ötən il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında Komissiyanın işçi heyətinin apardığı tədqiqat, Avropanın Milli Olimpiya Komitələrinin son olimpiadada qazandıqları nailiyyətlər və qarşıda duran vəzifələr olub.

 

Hər il mütəmadi görüşən EOC Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin Milli Olimpiya Komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər. Bu dəfə London olimpiadasındakı təşkilatçılıq səviyyəsi müzakirə olunduqdan sonra, Komissiya üzvləri EOC-un ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparıblar.

 

Bundan başqa 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yaradılmış Olimpiya Komissiyası üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulan idman obyektlərinə səfər ediblər.

 

Qeyd edək ki, EOC Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya Komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir. Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar