Bakıda “Real Madrid” Fondu ilə birgə layihə təqdim olunacaq
18 iyun 2013 15:37 (UTC +04:00)

Bakıda “Real Madrid” Fondu ilə birgə layihə təqdim olunacaq

Gənclər və İdman Nazirliyi “Real Madrid” Fondu (“Fundación Real Madrid”) ilə birgə “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihə həyata keçirir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin təqdimat mərasimi iyunun 20-də “Qafqaz Baku City Hoteli”ndə keçiriləcək.

 

Mərasimdə nazir İsmayıl İsmayılov, “Real Madrid” Fondunun məşqçi mütəxəssisi Viktor De Arse, layihənin əsas tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu, “Azəridmanservis” MMC, Standard Insurance və AFFA səlahiyyətliləri ilə birgə hökumət və qeyri hökumət təşkilatlarının rəsmi nümayəndələri, həmçinin media mənsublarının iştirakı nəzərdə tutulub.

 

Layihənin əsas məqsədi “Real Madrid” Fondunun sosial idman modeli əsasında Bakıda ilk sosial futbol məktəbinin yaradılmasıdır.

 

Layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakıdakı “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar