Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmalardan 3-də 6 hakim iş başında olacaq.
“Xəzər Lənkəran”la “Araz Naxçıvan” arasındakı görüş isə ilk matçda olduğu kimi, yenə 4 hakimə tapşırılıb.
19 mart ( çərşənbə)
14:00. “Bakı” – “Rəvan” (Bakı)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Alik Yunusov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu
17:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
19:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fariz Yusifov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Bakı, “Bakcell Arena” stadionu.