Bakı “İnter”inin sabiq baş məşqçisi Ukrayna klublarını hədələdi
14 fevral 2013 10:54 (UTC +04:00)

Bakı “İnter”inin sabiq baş məşqçisi Ukrayna klublarını hədələdi

Ukrayna Futbol Federasiyası (FFU) MDB çempionatının yaradılmasına və keçirilməsinə qarşı çıxıb. Lent.az-ın məlumatına görə, bu barədə FFU-nun prezidenti Anatoli Konkov qurumun rəsmi saytında açıqlama ilə çıxış edib. Bakı “İnter”inin sabiq baş məşqçisi bildirib ki, Ukrayna klublarının turnirə dəvət olunması FİFA və UEFA nizamnamələrinin tələblərinin pozulması sayılacaq. Konkov bildirib ki, ölkələrarası turnir dünya futbolunun idarəetmə sisteminin pozulmasına səbəb olacaq ki, bu da yolverilməzdir. Onun sözlərinə görə, MDB çempionatına daxil olma təklifini qəbul edən Ukraynanın istənilən klubu FİFA kodeksinə əsasən cəzalandırılacaq.

 

 

Əvvəllər MDB çempionatına qarşı FİFA prezidenti Yozef Blatter, Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx və Rusiyanın idman naziri Vitali Mutko da çıxış edib. Fevralın ortalarında MDB çempionatının təşkilat komitəsinin iclası keçirilməlidir. Toplantıya Rusiya və Ukrayna klubları dəvət olunub. İclasın Moskvada “Qazprom”un binasında keçirilməsi nəzərdə tutulub.

 

# 602
avatar

Oxşar yazılar