Vadar Nuriyev Bakı “İnter”inin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçi postundan istefa verib. Lent.az-ın məlumatına görə, Nuriyev AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun köməkçisi kimi çalışacaq.
O, “İnter”in rəsmi saytına açıqlamasında xəbəri təsdiqləyib: “Bu yaxınlarda AZAL klubunun əsas komandasının məşqçilər heyətində çalışmaq təklifini aldım. “İnter”in rəhbərliyi məni buraxdı və buna görə minnətdarlığımı bildirirəm. Xoşdur ki, məni anladılar. Mənə göstərilən etimada görə klub rəhbərliyinə təşəkkür edirəm və “İnter”ə uğurlar arzulayıram”.
Qeyd edək ki, “İnter”in U-19 komandasının yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.