“Global Poker Index” 2012-ci ilin 100 ən yaxşı poker ustasının yekun siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıya Azərbaycan təmsilçisi Ramin Hacıyev də daxil edilib.
Hacıyev siyahıda 58-ci olub. 1-ci yeri isə Den Smit (ABŞ) tutub. O, 2012-ci ildə 3 milyon 739 min 797 dollar qazanıb.
Ölkələrin reytinqində isə Azərbaycan 56-cı sıradadır. Siyahıya ABŞ başçılıq edir.