Azərbaycanlı oyunçu “Qalatasaray”da debüt etdi
23 dekabr 2016 06:55 (UTC +04:00)

Azərbaycanlı oyunçu “Qalatasaray”da debüt etdi

0

Azərbaycan basketbol yığmasının üzvü Orhan Aydın Hacıyeva “Qalatasaray” forması ilə Avroliqada debüt edib. Apasport.az saytının məlumatına görə, basketbol üzrə qitənin ən nüfuzlu klub turnirində “Anadolu Efes”lə qarşılaşan “sarı-qırmızılar”ın heyətində milli basketbolçu da oynamaq şansı qazanıb.

 

4 dəqiqə 10 saniyə meydanda qalan Orhan sadəcə 1 “fol”la yadda qalıb.

 

Qeyd edək ki, qarşılaşma “Anadolu Efes”in 86:76 hesablı üstünlüyü ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar