“Bakı” klubunun futbolçusu Şəhriyar Əliyevin Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşündə “İnter”in qapısına vurduğu qol həftənin ən yaxşıları sırasında göstərilib. Lent.az-ın məlumatına görə, Portuqaliyanın nüfuzlu “TV Golo” telekanalı belə qənaətə gəlib.
Telekanal həftənin qolu adına 10 ən yaxşını seçərək, sorğu başladıb. Sorğuda yer alan qolların müəllifləri:
Kostas Katsuranis (PAOK)
Luka Modriç (Real Madrid)
Roberto Soldado (“Valensiya”)
Korhan Öztürk (“Altay”)
Dieqo Forlan (“İnter”)
Şəhriyar Əliyev (“Bakı”)
Alessandro Diamanti (“Bolonya”)
Kevin Ellison (“Morekambe”)
Ramon Rodriges (“Siensiano”)
Nemanya Leverda (“Petrovaç”)
Səsvermədə Şəhriyar Əliyevin qolunu ən yaxşı hesab edənlər “http://www.tvgolo.com/” linkinə daxil olaraq saytın sağ tərəfində yerləşən sorğuda “Shahriyar Aliyev”i seçməli və səs verməlidirlər. Hazırda 9700-ə yaxın səs verilib və Əliyev 5-ci pillədədir.
Qeyd edək ki, Şəhriyar Əliyevin daban qolu sayəsində “Bakı” “İnter”lə 2:2 hesablı heç-heçəyə nail olub və səfərdə daha çox qol vurduğu üçün Azərbaycan Kubokunun yarımfinalına vəsiqə qazanıb.