Azərbaycanla oyuna 2 türk futbolçu çağırıldı
29 yanvar 2013 18:20 (UTC +04:00)

Azərbaycanla oyuna 2 türk futbolçu çağırıldı

Lixtenşteyn milli komandasının Azərbaycan yığması ilə fevralın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Rene Pauritş qarşılaşmaya 18 oyunçu dəvət edib.

 

Onlardan 2-si – qapıçı Cengiz Biçer və müdafiəçi Olcay Gür milliyyətcə türkdürlər.

 

Qapıçılar: Peter Yele, Çengiz Biçer

 

Müdafiəçilər: Olcay Gür, Daniel Kaufmann, Yves Oehri, İvan Kintans, Martin Ştoklaza, Frants-Yozef Foqt

 

Yarımmüdafiəçilər: Frants Burqmayer, Andreas Kristen, Erne Filipp, Nikolas Hasler, Mişel Polverino, Sandro Vizer

 

Hücumçular: Tomas Bak, Matias Kristen, Mario Frik, David Hasler.

 

Qeyd edək ki, “Əl Vəsl” stadionunda keçiriləcək. Azərbaycan – Lixtenşteyn matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar