Gəncə futboluna ağır itki üz verib. Lent.az-ın “Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, futbol veteranı Nizami Salahov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Nizami Salahov 1965-75-ci illərdə Azərbaycanın tanınmış hücumçularından olub. Gəncə “Dinamo”sunun SSRİ çempionatının yüksək liqasına çıxması yolunda önəmli qollar vurub.
N.Salahov həmçinin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazandığı dövrdə “Neftçi”nin formasını geyinib.
Futbolçu karyerasını başa vurduqdan sonra N.Salahov “Kəpəz”in rəisi vəzifəsində də çalışıb. Onun son iş yeri isə Gəncə Regional Futbol Federasiyası və Futbol Təmayüllü Gimnaziya idi.
Allah rəhmət eləsin!