Azərbaycanın tanınmış peşəkar boksçusu Fariz Məmmədov bundan sonra fəaliyyətini yeni yaradılan "Qəbələ" İdman Klubunda davam etdirəcək. Lent.az-ın məlumatına görə, Məmmədov klubun nəzdindəki boks bölməsinin rəhbəri təyin olunub.
Onun rəhbərliyi altında “Qəbələ”nin üç boksçusu bu günlərdə Azərbaycan çempionatında iştirak edib. Həmin boksçulardan biri bürünc medal qazanıb.
Klubda təyinat almasına baxmayaraq, Məmmədov idmançı karyerasını davam etdirəcək. Onun bu ilin martında növbəti döyüşü gözlənilir.