Azərbaycanda klub prezidentinə sərt cəza
26 mart 2013 13:10 (UTC +04:00)

Azərbaycanda klub prezidentinə sərt cəza

 

AFFA İntizam Komitəsi Azərbaycan çempionatının I divizionunda XVIII turun “Ağsu” – “Qaradağ Lökbatan” matçında baş verənlərlə bağlı qərar çıxarıb. Lent.az-ın məlumatına görə, 33-cü dəqiqədə kobud oynayaraq, birbaşa qırmızı vərəqə alan “Qaradağ Lökbatan”ın futbolçusu Ramal Hüseynov 2 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

Həmin epizodun ardından klub prezidenti Tahir Mustafayev hakimləri təhqir edib. Mustafayevin cəzası daha ağır olub. O, 5 oyunluq diskvalifikasiya edilib, klubu isə 500 manat cərimələnib. Analoji hadisə klub prezidenti tərəfindən yenidən törədilərsə, İntizam Komitəsi ona qarşı daha ciddi sanksiyalar tətbiq edəcək.

 

# 757
avatar

Oxşar yazılar