Azərbaycanda futbolla məşğul olanların sayı bəlli oldu-35001 nəfər
26 dekabr 2012 17:28 (UTC +04:00)

Azərbaycanda futbolla məşğul olanların sayı bəlli oldu-35001 nəfər

2009-cu ilin yanvarından AFFA-nın futbolla məşğul olan şəxslər üçün yaratdığı sistemdə qeydiyyata alınanların sayı 35 min nəfəri keçib. Lent.az-ın məlumatına görə, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 35001-ci üzvü "Coca-Cola Məktəbli kuboku"nda çıxış edən Səbail rayonu 162 №-li orta məktəbin 5-ci sinif şagirdi Hilalə Əliyevadır.

 

Qeyd edək ki, qeydiyyat sistemində futbolçular, məşqçilər və digər texniki işçilər yer alıb.

# 608
avatar

Oxşar yazılar