Azərbaycana gələcək dünyanın futbol ulduzları - SİYAHI
15 aprel 2013 15:51 (UTC +04:00)

Azərbaycana gələcək dünyanın futbol ulduzları - SİYAHI

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycana gələcək dünyanın veteran futbolçularının adları açıqlanıb. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin Lent.az-a verdiyi məlumata görə, 8 ölkədən 16 sabiq futbolçu ölkəmizə gələcəyini təsdiqləyib.

 

Bunlar Gürcüstandan Aleksandr Çivadze, Murtaz Xurtsilava, Tengiz Sulakvelidze, Kaxaber Tsxadadze, Almaniyadan Bernd Şuster, Uli Ştayn və Berti Foqts, Rusiyadan Vagiz Xidiyatullin, Vitali Şevçenko və Yuri Kuznetsov, Ukraynadan Leonid Buryak və Andrey Boqdanov, Belarusdan Andrey Zıqmantoviç, Braziliyadan Edmar, Xorvatiyadan Dario Şimiç və hazırda İsveçdə yaşayan azərbaycanlı olimpiya çempionu İqor Ponomaryovdur. O.Abdullayev fransalı Jan-Pyer Papen, ukraynalı İqor Belanov, eləcə də türkiyəli Rüştü Rəçbər, Hakan Şükür və Bülent Korkmazla da danışıqların getdiyini bildirib.

 

Qeyd edək ki, dünyanın futbol ulduzları mayın 1-də Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcəklər. Bakıdakı “Bayıl Arena”da keçiriləcək matç saat 20:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar