Azərbaycan yığmasının rəqiblərindən yalnız Portuqaliya uduzdu - NƏTİCƏLƏR
07 fevral 2013 11:06 (UTC +04:00)

Azərbaycan yığmasının rəqiblərindən yalnız Portuqaliya uduzdu - NƏTİCƏLƏR

Fevralın 6-da dünyanın futbol meydanlarında müxtəlif ölkələrin yığma komandaları arasında yoldaşlıq görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan millisinin rəqiblərindən Portuqaliya, Ekvadora uduzub. Hesabı 2-ci dəqiqədə cənubi amerikalıların oyunçusu Luis Antonio Valensiya açıb. Portuqaliyalı futbolçulardan 23-cü dəqiqədə Kriştianu Ronaldu, 60-cı dəqiqədə Elder Poştiqa rəqib, 61-ci dəqiqədə Joao Pereyra isə öz qapısına qol vurub. Oyunda son nöqtəni isə 71-ci dəqiqədə Felipe Kaysedo qoyub.

 

Rusiya millisi 43-cü dəqiqədə Roman Şirokov, 66-cı dəqiqədə Oleq Şatovun qolları ilə İslandiyanı yenib – 2:0. İsrail Finlandiyaya 2:1 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə yəhudilərdən Eden Ben Vasat, hesabı açıb. 86-cı dəqiqədə Mixael Forsell bərabərliyi təmin edib. 90-cı dəqiqədə isə Rafaelov İsrailin qələbə topunu vurub.

 

Şimali İrlandiya ilə Malta yığmaları arasındakı görüşdə hesab açılmayıb. Lüksemburq isə Ermənistanda qollu heç-heçə edib – 1:1. “Cırtdan ölkə”nin yeganə topunun müəllifi 15-ci dəqiqədə Mario Mutş olub.

 

Qeyd edək ki, Azərbaycan millisi Lixtenşteynlə qarşılaşıb və Vaqif Cavadovun 76-cı dəqiqədə dəqiq yerinə yetirdiyi penalti ilə qalib gəlib.

 

Yaponiya – Latviya – 3:0

Cənubi Koreya – Xorvatiya – 0:4

Moldova – Qazaxıstan – 1:3

Macarıstan – Belarus – 1:1

Kipr – Serbiya – 1:3

Sloveniya – Bosniya və Herseqovina – 0:3

Ukrayna – Norveç – 2:0

Çili – Misir – 2:1

Albaniya – Gürcüstan – 1:2

İspaniya – Uruqvay – 3:1

Türkiyə - Çexiya – 0:2

Makedoniya – Danimarka – 3:0

İsveç – Argentina – 2:3

İngiltərə - Braziliya – 2:1

Hollandiya – İtaliya – 1:1

Yunanıstan – İsveçrə - 0:0

Şotlandiya – Estoniya – 1:0

Rumıniya – Avstraliya – 3:2

İrlandiya – Polşa – 2:0

Uels – Avstriya – 2:1

Belçika – Slovakiya – 2:1

Fransa – Almaniya – 1:2

Nepal – Pakistan – 0:1

Myanma – Filippin – 0:1

Hindistan – Fələstin – 2:4

Ruanda – Uqanda – 2:2

Cənubi Koreya – Xorvatiya – 0:4

Tanzaniya – Kamerun – 1:0

Zimbabve – Botsvana – 2:1

Keniya – Liviya – 3:0

Honduras – ABŞ – 2:1

Panama – Kosta-Rika – 2:2

Meksika – Yamayka – 0:0

Paraqvay – Salvador – 3:0

Boliviya – Haiti – 2:1

Trinidad və Tobaqo – Peru – 0:2

Qvatemala – Kolumbiya – 1:4

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964
avatar

Oxşar yazılar