Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Rusiya yığması yoldaşlıq görüşü keçirib. Lent.az-ın məlumatına görə, şimal qonşularımız 5 qat dünya çempionu Braziliya ilə üz-üzə gəlib.
Böyük Britaniyanın paytaxtı Londondakı “Stemford Bric” stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Hesabı 73-cü dəqiqədə rusiyalı yarımmüdafiəçi Viktor Fayzullin açıb. Pentakampeonlar yalnız 90-cu dəqiqədə bərabərlik qolunu vura biliblər. Həmin qolun müəllifi Fred olub. Oyunu 35 min azarkeş izləyib. Matçın gedişində meydana 2 dəfə azarkeş girib. Onları təhlükəsizlik xidməti əməkdaşları çölə çıxarıblar.
Qeyd edək ki, martın 25-də daha bir yoldaşlıq görüşü keçirib. Belarus millisi Kanadaya qalib gəlib – 2:0.