Azərbaycan yığmasının heyəti açıqlandı
09 aprel 2014 11:06 (UTC +04:00)

Azərbaycan yığmasının heyəti açıqlandı

Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 1-də Bakıda start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışa kişi və qadın yığmalarımız tam heyətlə qatılacaq.

 

Millimizin baş məşqçisi Ələkbər İmaməliyev Mikayıl Əliyev (54 kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənliyə (+87 kq) güvənəcək.

 

Qadınlardan ibarət millimizin baş məşqçisi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (73 kq) daxil edib.


Qeyd edək ki, hər iki komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar