Azərbaycan yığmasının futbolçusu Türkiyədən qovuldu
18 yanvar 2013 11:16 (UTC +04:00)

Azərbaycan yığmasının futbolçusu Türkiyədən qovuldu

Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara Türkiyə çempionatının I liqasında çıxış edən “Kayseri Erciyesspor”a da lazım olmayıb. Lent.az-ın məlumatına görə, 21 yaşlı hücumçu ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub.

 

Baş məşqçi Osman Özköyülü mövsümün ikinci yarısında Özkaranı heyətdə düşünmədiyini bildirib.

 

Qeyd edək ki, Cihan Özkara mövsümün əvvəllərində “Kayseri Erciyesspor”a “Sivasspor”dan bir illik icarəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457
avatar

Oxşar yazılar