19 yaşadək futbolçulardan ibarət yığmamızın Avstriya təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 22 futbolçu toplanışa aparılacaq.
Toplanışa dəvət olunmuş heyətdə “Neftçi”nin “Fənərbaxça”dan transfer etdiyi Mirkamil Həşimli də var. Bundan başqa Nikolay Adam “Bakı”dan Fransanın “Lans” klubuna keçmiş Mahir Mədətova da dəvət göndərib. Ümumilikdə Fransa, Rusiya və Almaniyanın hərəsindən 2 legioner çağırılıb. Bunlardan atası alman olan Ramis Şpringer ilk dəfə millimizdən dəvət alıb.
Ağaseyid Qasımov (“Qarabağ”), Nurlan Quluzadə, Fəhmin Muradbəyli, Mirkamil Həşimli (hər üçü “Neftçi”), Yusif Hakimov, Təyyar Məmmədov (hər ikisi “Bakı”), İlyas Səfərzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Eltun Xudadatov, Yusif Nəbiyev, Bəhlul Mustafazadə, Emin Zamanov (hamısı “Qəbələ”), Ülvi İbazadə, Mənsur Nəhavəndi (hər ikisi “İnter”), Əlibəy Məmmədli (“Rəvan”), Budaq Nəsirov (“Araz-Naxçıvan”), Mahir Mədətov (“Lans”, Fransa), Peyman İsmayıllı (“Metallo Sport”, Fransa), Ruslan Qəribov (FŞM, Rusiya), Vadim Ağarəhimov (“Zenit”, Rusiya), Ramis Şpringer (“Paderborn”, Almaniya), Şahin Tolqa (“Kayzerslautern”, Almaniya).
Qeyd edək ki, Avstriya toplanışı iyulun 28-dən avqustun 10-dək davam edəcək.