Azərbaycan yığması yarışa böyük məşqçisiz gedir
05 fevral 2013 13:15 (UTC +04:00)

Azərbaycan yığması yarışa böyük məşqçisiz gedir

Sərbəst güləş üzrə Azərbaycan milli komandası fevralın 9-da Türkiyənin paytaxtı Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qatılacaq. Güləş Federasiyasından Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkəmizi 7 çəki dərəcəsində 9 pəhləvan təmsil edəcək.

 

Baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında qardaş ölkəyə Yaşar Əliyev (55 kq), Hacı Əliyev, Əhmədnəbi Qvrazatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Hacımurad Ömərov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yollanacaq.

 

Hakim qismində isə xalça üzərinə beynəlxalq dərəcəli hakim Sədi Quliyev çıxacaq. Böyük məşqçi Firdovsi Umudov isə Bakıda qalaraq, digər sərbəst güləşçilərimizin hazırlıq prosesi ilə məşğul olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar