Antalyada təlim-məşq toplantısında olan futbol üzrə Azərbaycan yığması bu gün yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, komandamız 2015-ci ildə ilk oyununda Ukrayna təmsilçisi, 2009-cu ildə UEFA kubokunu qazanmış “Şaxtyor”la qarşılaşıb.
Qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub.
Oyuna fəal başlayan Donetski klubu 37-ci dəqiqədə Duqlas Kosta ilə hesabı açıb. Lakin yığmamız fasiləyə qədər hesabda bərabərlik yaratmağı bacarıb. 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib. Fasiləyə heç-heçə ilə yollanan yığmamız ikinci yarıda qapısından növbəti qolu buraxıb. Bu dəfə 67-ci dəqiqədə braziliyalı futbolçu İsmaili komandamızı mərkəzdən başlamağa məcbur edib - 1:2.
Beləliklə, matçda bundan başqa qol olmayıb və millimiz 2015-ci ildə ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.
Yoxlama oyunu
24 fevral
AZƏRBAYCAN – “Şaxtyor” (Ukrayna) - 1:2
QOLLAR: Namiq Ələsgərov, 43 - Duqlas Kosta, 37, İsmaili, 67
Hakimlər: Vitali Sevostyanik, Sergey Qidreviç, Yevgeni Yuçeviç (hamısı Belarus)
Antalya (Türkiyə). “Mardan” stadionu
Azərbaycan: Andrey Popoviç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Əfran İsmayılov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Namiq Ələsgərov, Məhəmməd Qurbanov
"Şaxtyor" (Ukrayna): Andrey Pyatov, Vyaçeslav Şevçuk, Yaroslav Rakitski, Sergey Krivtsov, İvan Ordets, Taras Stepanenko, Fred, Marlos, Dentinyo, Duqlas Kosta, Luiz Adriano