Azərbaycan yığması FİFA reytinqində irəlilədi - YENİLƏNİB
14 mart 2013 13:12 (UTC +04:00)

Azərbaycan yığması FİFA reytinqində irəlilədi - YENİLƏNİB

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib.

 

Hazırda 286 xala malik yığmamız 116-cı pillədədir.

 

Millimizin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya 1 pillə geriləyib və 1133 xalla 7-ci pilləyə enib. Rusiya 1064 xalla 10-cu pillədə qalıb. 8 pillə geriləyən İsrail 485 xalla 74-cü, 5 pillə irəliləyən Şimali İrlandiya 367 xalla 97-cidir. Millimizlə martın 22-də üz-üzə gələcək Lüksemburq isə 3 pillə geriləyib və 157 xalla 151-ci mövqedə qərarlaşıb.

 

Siyahının ilk 6 və 8 – 10-cu pillələrində heç bir dəyişiklik baş verməyib:

 

1. İspaniya – 1610 xal

2. Almaniya – 1473

3. Argentina – 1309

4. İngiltərə - 1174

5. İtaliya – 1173

6. Kolumbiya – 1159

8. Hollandiya – 1106

9. Xorvatiya – 1080

 

Türkiyə yığması isə daha 4 pillə geriləyib. Hazırda “ay-ulduzlular” 616 xalla 45-cidir.

# 729
avatar

Oxşar yazılar