Azərbaycan yığması Dünya Kubokunda medalın bir addımlığında qaldı
25 fevral 2013 13:11 (UTC +04:00)

Azərbaycan yığması Dünya Kubokunda medalın bir addımlığında qaldı

Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kuboku keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda Azərbaycanı Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər.

 

Şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Bunyadova göstərib. O 160 idmançı arasında 20-ci olub. Komanda yarışında isə ölkəmiz 4-cü olub. Azərbaycan yığması dünya reytinqində 8-ci olduğu üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. 45:28 hesabı ilə qalib gələn komandamız ¼ finalda dünya çempionu Rusiyanı məğlub edib – 45:41.

 

Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan qızlarımız 3-cü yer uğrunda görüşdə ABŞ idmançıları ilə üz-üzə gəlib. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı rəqibə 35:45 hesabı ilə məğlub olan yığmamız 4-cü olub və ümumi reytinqdə 7-ci yerə yüksəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar