Azərbaycan yığması “Bakcell Arena”ya 2 məşq saldı
31 may 2013 18:51 (UTC +04:00)

Azərbaycan yığması “Bakcell Arena”ya 2 məşq saldı

Futbol üzrə Azərbaycan milli komandası Lüksemburq yığması ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçının hazırlıqlarına iyunun 1-də başlayacaq. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə yığmamız Bakıda 6 günlük təlim-məşq toplantısı keçirəcək.

 

Toplanışın ilk günündə axşam, növbəti gün isə səhər məşqi olacaq. İyunun 3-də və 4-də komandamız 2 dəfə - səhər və axşam məşqlərinə çıxacaq. Son iki gündə yalnız axşam məşqləri nəzərdə tutulub. Səhər məşqləri saat 10:45-də, axşam məşqləri 17:15-də başlanacaq. 

 

Qeyd edək ki, iyunun 7-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq. Həmin arenada yalnız 2 məşq nəzərdə tutulub. Bunlar iyunun 3-də və 4-də səhər məşqləri olacaq. Qalan məşqlər İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

# 554
avatar

Oxşar yazılar