Azərbaycan şahmatçısı liderliyi ələ aldı
06 fevral 2013 13:00 (UTC +04:00)

Azərbaycan şahmatçısı liderliyi ələ aldı

0

Rusiyanın paytaxtı Moskvada davam edən “Moskvow Open 2013” beynəlxalq şahmat festivalında Azərbaycanı ayrı-ayrı qruplarda 15 şahmatçı təmsil edir. Lent.az-ın məlumatına görə, kişi şahmatçılarımızdan millimizin üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədov 4 turdan sonra liderliyi ələ alıb.

 

O, 4 mümkün xaldan 4  xalla güclülər qrupuna rəhbərlik edir. Qədir Hüseynov və Vasif Durarbəyli isə 3 xal toplayıb və onlar 35-ci və 39-cu pillələrdə qərarlaşıblar.

 

Qadınların mübarizəsində Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni hələlik Nərmin Kazımova göstərə bilib. O, 4 oyundan 3 xal yığıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1108

Oxşar yazılar