Azərbaycan şahmatçısı Eltac Səfərli Fransanın Kann şəhərində keçirilmiş ənənəvi beynəlxalq turnirdə mükafatçılar sırasına düşüb. Lent.az-ın məlumatına görə, Səfərli 9 mümkün xaldan 7-ni toplayaraq, 2-3-cü yerləri bölüşdürüb. Qalib adını isə 7,5 xal yığan hindistanlı Kore Akşayrac qazanıb.
“Kann Open”də 21 ölkədən 62 şahmatçı mübarizə aparıb. Onlardan 10-u qrossmeyster, 13-ü beynəlxalq usta, 16-sı FİDE ustası olub.