Çinin Çendu şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası keçirilib.
Lent.az-ın “azərtaca” istinadən məlumatına görə, iclasda təsnifat komissiyasının şahmatçı və arbitrlər üçün təqdim etdiyi adlar təsdiq olunub.
FIDE adlarını alanlar arasında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri də var. Zaur Məmmədova (Bakı) və Urfan Sevdimalıyevə (Naxçıvan) qrossmeyster adı verilib. Asif Yaqubov beynəlxalq usta, Şaiq Quliyev FIDE-nin beynəlxalq hakimi, Cavanşir Bağırov, İdrak Dadaşov və Rauf Hacılı FIDE-nin hakimi adına layiq görülüblər.