İslandiya paytaxtında keçirilən şahmat üzrə ənənəvi beynəlxalq “Reykyavik Open 2013” beynəlxalq şahmat turnirinə yekun vurulub. Lent.az-ın məlumatına görə, 33 ölkədən 227 şahmatçının qatıldığı turnirdə ölkəmizi qadınlardan ibarət milli komandamızın üzvləri, beynəlxalq qrossmeysterlər Türkan Məmmədyarova və Gülnar Məmmədova təmsil ediblər.
Sonuncu turda Məmmədyarova islandiyalı beynəlxalq qrossmeyster Fridrik Olafssonla hec-hecə edərək, aktivinə 6 xal yazıb. Gülnar Məmmədova isə digər yerli şahmatçı Dadi Omarssona uduzaraq, 10 oyundan 5 xal toplayıb. Onların heç biri mükafatçılar sırasına düşə bilməyib.
Turnirin qalibi 10 mümkün xaldan 8 xal toplayan ukraynalı beynəlxalq qrossmeyster Pavel Elyanov olub.