Azərbaycan millisi gerilədi
06 dekabr 2014 01:14 (UTC +04:00)

Azərbaycan millisi gerilədi

0

Apasport.az saytının məlumatına görə, 54 yığmanın yer aldığı siyahıda Azərbaycan geriləyib.

 

Belə ki, ötənilki reytinqdə 16,901 xalla 44-cü olan millimiz bu dəfə 47-ci yerə yuvarlanıb. AVRO-2016-nın seçmə mərhələsində 4 oyundan xal toplaya bilməyən komandamız reytinqdə 14,311 xala malikdi.

 

Rəqiblərimiz olan İtaliya 4-cü (34,765), Xorvatiya 9-cu (32,392), Norveç 20-ci (27,929), Bolqarıstan 36-cı (20,376) və Malta 51-ci (11,470) yerdə qərarlaşıb.

 

Reytinq cədvəlinə 38,286 xalla son dünya çempionu Almaniya millisi başçılıq edir. İlk pilləni Bundestimə təhvil verən İspaniya 2-ci (36,263), İngiltərə isə 3-cü (35,903) pillədədi.

 

Xatırladaq ki, yığmaların reytinqi AVRO-2016-nın final mərhələsinin püşk atması vaxtı komandaların bölgüsünə təsir edəcək. Püşk atma 2015-ci ilin 12 dekabrında baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar