Azərbaycan millisi Avropa çempionatının finalında!
31 mart 2013 03:43 (UTC +04:00)

Azərbaycan millisi Avropa çempionatının finalında!

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, millimiz əsas seçmə mərhələnin son oyununda Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib.

 

Rəqib qapısından topları Biro Jade və Namiq Məmmədkərimov keçirib. Komandamız qrupdakı ilk oyunda Norveçi 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə yenib.

 

Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə, qrup birincisi olaraq vəsiqə əldə edib.

 

 

# 877
avatar

Oxşar yazılar