Bu gün Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin son günündə bürünc medallar öz sahibini tapıb. Saat 16:00-da başlayan oyunda Azərbaycan millisi Türkiyə yığmasına 1_3 hesabı ilə məğlub olaraq yarışı 4-cü yerdə bitirib.
Finalda Hollandiya və Serbiya kimin ən güclü olduğunu aydınlaşdıracaqlar.
Avro – 2017
1 oktyabr
Bürünc medal uğrunda oyun
Azərbaycan – Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev