Azərbaycan millisi 4 pillə gerilədi - YENİLƏNİB
11 aprel 2013 13:08 (UTC +04:00)

Azərbaycan millisi 4 pillə gerilədi - YENİLƏNİB

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə geriləyib.

 

Hazırda 276 xala malik millimiz 120-cidir. Əvəzində 2014-cü il dünya çempionatının seçmə qrup matçında öz meydanında komandamızla 0:0 hesablı heç-heçə etməyi bacaran Lüksemburq 4 pillə irəliləyib və 182 xalla 147-ci mövqeyə yüksəlib.

 

Şimali İrlandiya isə 22 pillə geriləyib və 285 xalla 119-cu pilləyə enib. Son seçmə matçda millimizi Bakıda 2:0 hesabı ilə yenmiş Portuqaliya yığması 2 pillə irəliləyib. İndi pireneylilər 1163 xalla 5-ci yerdədir. 1052 xala malik Rusiya 1 pillə geriləyib və 11-ci mövqeyə enib. 16 pillə irəliləyən İsrail isə 536 xalla 58-cidir.

 

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik baş verməyib. Son Avropa və dünya çempionu İspaniya 1538 xalla 1-ci, Almaniya 1428 xalla 2-ci, Argentina 1292 xalla 3-cü pillədə qərarlaşıb. Türkiyə isə bu dəfə 1 pillə irəliləyib və 634 xalla 44-cüdür.   

# 615
avatar

Oxşar yazılar