19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi Patrisia Qonzaleslə aparılan danışıqlar müsbət nəticələnib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçi vəzifəsi Qonzalesə həvalə olunub.
Hazırda ölkəmizdə olan məşqçi artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRO məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitetini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. “Rayo Valekano” klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışıb.