Azərbaycan və Lixtenşteynin futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün stadionu müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma fevralın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Əl Vasl” stadionunda oynanılacaq.
Matç millimizin təlim-məşq toplantısı çərçivəsində baş tutacaq. Oyun saat 18:00-da başlanacaq.