Azərbaycan Kubokunda BÖYÜK FİNAL
24 aprel 2013 23:08 (UTC +04:00)

Azərbaycan Kubokunda BÖYÜK FİNAL

Futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Lent.az-ın məlumatına görə, mayın 28-də keçiriləcək həlledici qarşılaşmada “Neftçi” və “Xəzər Lənkəran” komandaları üz-üzə gələcəklər.

 

Yarımfinalda “Neftçi” “Qarabağ”ı, “Xəzər Lənkəran” isə “Bakı”nı iki oyunun cəmində üstələyib. İlk yarımfinal matçında öz meydanında 2:1 hesablı qələbə qazanmış flaqman səfər görüşündə heç-heçəyə nail olub – 2:2. Hesabı “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda 41-ci dəqiqədə penalti zərbəsi ilə açıb. Bundan cəmi 1 dəqiqə sonra Elvin Yunuszadə bərabərlik qolunu vurub. Fasilədən sonra “Qarabağ” 2-ci qolu vurmaq üçün irəli atılsa da, yenə “Neftçi” fərqlənib. 76-cı dəqiqədə Nikolas Kanales aktivinə növbəti qolu yazıb. Bundan sonra Ağdam təmsilçisinə 3 qol vurmaq lazım gəlirdi. Amma meydan sahiblərinin gücü cəmi 1 topa çatıb. 86-cı dəqiqədə “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin kobud səhvindən sonra Emeka Opara hesabı bərabərləşdirib.

 

“Xəzər Lənkəran” isə səfərdə 0:1 hesabı ilə uduzduğu “Bakı”nı evdə 2 cavabsız topla məyus edib. İlk yarıya əlavə olunmuş 1-ci dəqiqədə Ağabala Ramazanov, 81-ci dəqiqədə isə Rahid Əmirquliyev fərqlənib.

 

Beləliklə, Azərbaycan Kubokuna son illərin ən prinsipial rəqibləri – “Neftçi” və “Xəzər Lənkəran” arasında böyük final matçı ilə yekun vurulacaq.  

 

Elşən MƏMMƏDOV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175
avatar

Oxşar yazılar

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

28 iyun 2024 , 23:49
Serbiya millisinin qapıçısı barda dava saldı

Serbiya millisinin qapıçısı barda dava saldı

28 iyun 2024 , 19:25
Ərəb klubu ona hər mövsüm üçün  20 milyon təklif edir 

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir 

28 iyun 2024 , 15:56
Çempion yarışa bir neçə gün qalmış  öldü

Çempion yarışa bir neçə gün qalmış öldü

28 iyun 2024 , 14:05
72 yaşlı idmançı dopinqə görə  diskvalifikasiya edildi

72 yaşlı idmançı dopinqə görə diskvalifikasiya edildi

28 iyun 2024 , 12:17
Azərbaycanda bu idmançılara təqaüd veriləcək

Azərbaycanda bu idmançılara təqaüd veriləcək

28 iyun 2024 , 10:14
MMA seks simvolundan erotik FOTOLAR

MMA seks simvolundan erotik FOTOLAR

28 iyun 2024 , 00:34
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

27 iyun 2024 , 19:23