Azərbaycan Kuboku: Penalti qələbəsi
17 aprel 2013 18:16 (UTC +04:00)

Azərbaycan Kuboku: Penalti qələbəsi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Lent.az-ın məlumatına görə, ilk oyunda “Bakı” “Xəzər Lənkəran”la üz-üzə gəlib.

 

“Bakı”nın təlim-məşq bazasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolun müəllifi Marius Pena olub. Rumıniyalı hücumçu 83-cü dəqiqədə baş hakim Vüsal Əliyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.

 

Qarşılaşma meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. Bir neçə epizodda “Xəzər Lənkəran”ı qapıçı Orxan Sadıqlı xilas edib. Penalti epizodunda isə qonaq komandanın futbolçusu Marin Orsuliçə sarı vərəqə göstərilib.

 

Digər yarımfinal görüşü saat 19:30-da başlanacaq. “Neftçi” “Bakcell Arena”da “Qarabağ”ı qəbul edəcək. Cavab oyunları aprelin 24-də olacaq.  

# 1515
avatar

Oxşar yazılar