Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinə start verilib. Lent.az-ın məlumatına görə, ilk oyunlardan 2-si artıq başa çatıb.
Həm “Bakı” – “İnter”, həm də “Qəbələ” - “Qarabağ” matçları eyni hesabla yekunlaşıb – 1:1. Hər iki qarşılaşmada ilk qolu qonaqlar vurub. Sonradan meydan sahibləri bərabərliyi təmin ediblər.
“Qəbələ” – “Qarabağ” (Ağdam) – 1:1
Qollar: Dodo, 33 – Vüqar Nadirov, 56
“Bakı” – “İnter” (Bakı) – 1:1
Qollar: Aqil Nəbiyev, 90+2 – İlia Kandelaki, 81
17:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev
Zaqatala şəhər stadionu
17:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev
Bakı, “Bayıl Arena”.
Cavab görüşləri martın 7-də olacaq.