Azərbaycan Kuboku: 4 oyundan 3-ü gənc hakimlərə tapşırıldı
26 fevral 2013 17:04 (UTC +04:00)

Azərbaycan Kuboku: 4 oyundan 3-ü gənc hakimlərə tapşırıldı

Futbol üzrə Azərbaycan kubokunda ¼ final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi 4 qarşılaşmadan 3-ünü gənc referilərə həvalə edib.

 

Bu ildən beynəlxalq dərəcəli hakim adına yiyələnən Əliyar Ağayev “Qəbələ” – “Qarabağ”, Rəhim Həsənov isə “Bakı” – “İnter” matçına təyinat alıb. Keçmiş FİFA referisi Fariz Yusifov “Simurq” – “Neftçi” görüşünü idarə edəcək. Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlu Rauf Cabbarov isə “Rəvan” – “Xəzər Lənkəran” matçına baş hakim göndərilir. 

 

15:00. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

 

15:00. “Bakı” – “İnter” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

17:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev
Zaqatala şəhər stadionu

 

17:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev
Bakı, “Bayıl Arena”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar