Azərbaycan klubunun Çempionlar Liqasında rəqibləri məlum  oldu
20 aprel 2013 05:27 (UTC +04:00)

Azərbaycan klubunun Çempionlar Liqasında rəqibləri məlum  oldu

İtaliyanın San Benedetto del Tronto şəhərində çimərlik futbolu üzrə Avropa Çempionlar Kubokunun püşkü atılıb. Lent.az-ın məlumatına görə, mayın 15-də start götürəcək yarışın 20 iştirakçısı arasında Azərbaycan təmsilçisi “Bakı” da var.

 

Komandamız E qrupunda yer alıb. Rəqiblər isə İtaliyanın ASD “Terraçina”, Polşanın “Qrembax Lodz” və Litvanın “Kreiss” klublarıdır. Yarışın baş hakimi çimərlik futbolu üzrə azərbaycanlı FİFA referisi Əfqan Həmzəyev olacaq. O, həm də “Bakı”nı turnirə aparacaq.

 

Qeyd edək ki, 5 qrupun qalibləri və 2-ci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 3 komanda ¼ finala yüksələcək. Bundan sonra mübarizə “pley-off” sistemi ilə davam etdiriləcək. Final görüşü mayın 19-da keçiriləcək. Oyunlar San Benedetto del Trontodakı “Rive delle Palme” stadionunda baş tutacaq.

 

 

# 919
avatar

Oxşar yazılar