Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
10 mart 2014 10:40 (UTC +04:00)

Azərbaycan klubunun Avropada möhtəşəm uğuru

Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Porec Trophy” yuruşu Azərbaycanın “Synergy Baku” komandası üçün yadda qalan olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 149 km məsafəyə yürüşdə “Synergy Baku”nun ukraynalı velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib.

 

Bununla da Averin yarışın qalibi adını qazanıb. 195 velosipedçinin mübarizə apardığı yürüşdə komandamızın digər üzvləri, irlandiyalı Filip Laveri və Konnor Makkonvey müvafiq olaraq 59 və 77-ci, ukraynalı Aleksandr Surutkoviç 85-ci olub.

 

“Mən çox xoşbəxtəm” – deyən Maksim Averin həyatında ilk dəfədir ki, ilin ilk yürüşündəcə qələbə qazandığını sözlərinə əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418
avatar

Oxşar yazılar