Bakının “Rəvan” futbol komandasına yeni məşqçi cəlb olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, slovakiyalı Rastislav Svitski ilə 1,5 illik müqavilə imzalanıb.
O, baş məşqçi Ramil Əliyevin fiziki hazırlıq üzrə köməkçisi olacaq. Bunadək Svitski Slovakiya “Koşitse”sində çalışıb.