Azərbaycan Kamerunla müqavilə bağlayacaq
27 fevral 2013 12:15 (UTC +04:00)

Azərbaycan Kamerunla müqavilə bağlayacaq

Belçikada yerləşən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbum Azərbaycanda səfərdədir. Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) Lent.az-a verilən məlumata görə, Kakaba bir sıra hərbi məsələlərə dair fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları ilə görüşəcək.

 

Martın 1-də isə o, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşəcək. Görüşdən sonra hər iki ölkənin Milli Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqavilənin imzalanması mərasimindən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar