Azərbaycanda ilk dəfə atçılığın Arena Polo növü üzrə Dünya Kuboku keçiriləcək. Lent.az-ın məlumatına görə, sentyabrın 6-da start götürəcək yarışda 4 ölkə təmsil olunacaq.
Bunlar Argentina, ABŞ, Böyük Britaniya və Almaniya yığmalarıdır. Üç gün davam edəcək Dünya Kuboku Bakıda açılacaq Elit Atçılıq Mərkəzində baş tutacaq. Nüfuzlu turnir “Polonu evimizə gətirək” şüarı altında təşkil ediləcək. Belə bir şüarı seçməklə təşkilatçılar Arena Polonun Azərbaycanda köklərinin olduğunu xatırlatmaq niyyətindədirlər. Çünki dünyada çox az adam bilir ki, hələ əsr öncə Azərbaycanda Arena Poloya bənzəyən Çövkən yarışları keçirilib. Məhz bununla əlaqədar Azərbaycanın çövkən üzrə milli komandası sentyabrın 7-də 4 ölkədən birinin yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Komandaların və sponsorların təqdimatı sentyabrın 5-də “Kempinski Hotel Badamdar”da olacaq. Dünya Kuboku müddətində qonaqlar üçün əyləncəli proqramın da təşkili nəzərdə tutulub.