İsveçin Göteborq şəhərində qapalı salonda keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Hayle İbrahimov finala yüksəlib. Lent.az-ın məlumatına görə, efiopiyalı legioner martın 1-də baş tutan 3000 metr məsafəyə qaçış üzrə seçmə mərhələni lider kimi tamamlayıb.
23 yaşlı atlet finişə 7 dəqiqə 50,55 saniyəyə qaçıb. Onun 10 rəqibi arasında ən yaxın izləyicisi, fransalı Yoann Koval 5,06 saniyə geridə qalıb. Bu nəticə ilə İbrahimov seçmə mərhələdə ən yaxşı nəticəni göstərib. Martın 2-də keçiriləcək finalda idmançımızın 11 rəqibi olacaq.
Qeyd edək ki, Hayle İbrahimov 2 il öncə keçirilmiş Avropa çempionatında yalnız olimpiya çempionu Məhəmməd Fərəhdən geri qalıb. Amma hazırkı yarışa Fərəh qatılmayıb.