Azərbaycan güləşçiləri 7 ildən sonra Avropa çempionluğuna həsrət qaldılar
24 mart 2013 23:57 (UTC +04:00)

Azərbaycan güləşçiləri 7 ildən sonra Avropa çempionluğuna həsrət qaldılar

 

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları 2006-cı ildən sonra ilk dəfə Avropa çempionatını qızıl medalsız başa vurublar. Lent.az-ın məlumatına görə, pəhləvanlarımız qitə çempionluğuna bu dəfə Gürcüstanın paytaxtı Tiflisdə həsrət qalıblar.

 

Yarışda tam heyətlə - 3 növ üzrə 21 idmançı ilə təmsil olunan ölkəmiz cəmi 7 medalla kifayətlənib. Medallardan 1-i gümüş, 6-sı bürünc olub. Yunan-Roma güləşçilərimizdən Elçin Əliyev (55 kq) gümüş, Kamran Məmmədov (60 kq) və Həsən Əliyev (66 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərimizdən bürünc medallara Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədov (120 kq), qadın güləşçilərimizdən isə Patimat Baqomedova (48 kq) və Anna Belyayeva (63 kq) yiyələniblər. Ümumi komanda hesabında yunan-Roma güləşi üzrə yığmamız 37 xalla 4-cü, qadın millimiz 23 xalla 6-cı, sərbəst güləş yığmamız 27 xalla 7-ci olub.  

 

Qeyd edək ki, axırıncı dəfə Azərbaycan millisi 7 il öncə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qızıl medal qazana bilməyib. Həmin çempionatda ölkəmiz 1 gümüş, 2 bürünc medalla kifayətlənib. Sonrakı qitə çempionatlarına gəldikdə, 2007-ci ildə (Sofiya, Bolqarıstan) 1 qızıl, 1 bürünc, 2008-ci ildə (Tampere, Finlandiya) 2 qızıl, 1 gümüş, 4 bürünc, 2009-cu ildə (Vilnüs, Litva) 5 qızıl, 2 gümüş, 2 bürünc, 2010-cu ildə (Bakı, Azərbaycan) 7 qızıl, 2 gümüş, 1 bürünc, 2011-ci ildə (Dortmund, Almaniya) 6 qızıl, 8 bürünc, 2012-ci ildə (Belqrad, Serbiya) isə 2 qızıl, 4 bürünc medal əldə olunub.    

 

# 861
avatar

Oxşar yazılar