UEFA Avro-2016-nın seçmə mərhələsində püşk atma zamanı qaydalarda dəyişikliyin edilməsi ilə bağlı bir neçə qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, Fransada keçiriləcək qitə birinciliyinin seçmə mərhələsində Azərbaycan milli komandası siyasi səbəblərlə əlaqədar olaraq Ermənistan yığması ilə eyni qrupda mübarizə aparmayacaq.
Bu qərar İsveçrənin Nyon şəhərində baş tutan UEFA-ın İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Qərar həmçinin Rusiya ilə Gürcüstan yığmalarına da aiddir.
Qeyd edək ki, Avro-2008-də Azərbaycanla Ermənistan milliləri eyni qrupda çıxış edirdilər. Həmin vaxt komandalar bir-birinə qarşı oynamaqdan imtina etmişdilər.