Beynəlxalq Şahmat Federasiyası (FİDE) avqustun 10-da Norveçin Trömsö şəhərində start götürəcək Dünya Kubokuna vəsiqə qazananların ilkin siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, nüfuzlu yarışda ümumilikdə 128 şahmatçı çıxış edəcək.
Onlardan 53-ü artıq məlumdur. Hələlik Azərbaycanı 3 şahmatçının təmsil edəcəyi müəyyənləşib. Bunlar 2012-ci ilin martından 2013-cü ilin yanvarınadək olan reytinq siyahısında ilk “18-liy”ə düşmüş Teymur Rəcəbov (2789,22) və Şəhriyar Məmmədyarov (2744), eləcə də ötən ilki Avropa çempionatında 21-ci yeri tutmuş Vasif Durarbəylidir.
Amma şahmatçılarımızın sayı daha da arta bilər. Bunun üçün 2013-cü il Avropa çempionatında 23 ən yaxşı sırasına daxil olmaq lazımdır. Şahmatçılarımız FİDE prezidentinin 6 namizədi sırasına da düşə bilərlər. Təşkilat Komitəsi 4 şahmatçının namizədliyini verəcək. Daha 3 şahmatçı isə ehtiyatda olacaq və hər hansı səbəbdən yarışa qatılmanı əvəzləyəcək.
Qeyd edək ki, Dünya Kubokuna sentyabrın 5-də yekun vurulacaq.