Azərbaycan Avropada ikinci oldu!
15 aprel 2013 11:15 (UTC +04:00)

Azərbaycan Avropada ikinci oldu!

Albaniyanın paytaxtı Tiranada ağırlıqqaldırma üzrə kişi və qadınlar arasında Avropa çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 2 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurub.

 

Ölkəmizin aktivinə növbəti qızıl medalı İntiqam Zairov yazıb. 94 kq çəki dərəcəsində yer alan atletimiz birdən 180 kq, təkanla isə 216 kq ağırlığın öhdəsindən gələrək, 2 kiçik “qızıl” da əldə edib. İki hərəkətin cəmində isə 396 kq nəticə göstərən Zairov karyerasında ilk dəfə Avropa çempionu olub. 28 yaşlı idmançımız daha öncə 85 kq çəkidə 2009-cu il Avropa çempionatının gümüş medalına yiyələnib.

 

Ümumiyyətlə, Tiranadakı çempionatda ölkəmizi 6 ağırlıqqaldıran təmsil edib. Onlardan 5-i medal qazanıb. Valentin Xristov (62 kq) qızıl, Silviya Angelova (48 kq) və Sərdar Həsənov (69 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) isə bürünc medala sahib olub. Yalnız Alyona Kiriyenko (69 kq) 4-cü yerlə kifayətlənib.

 

Beləliklə, ümumi komanda hesabında yalnız Rusiyadan geri qalan Azərbaycan 2 qızıl, 2 gümüş, 1 bürünc medalla 2-ci yeri tutub. Ötənilki çempionatda isə ölkəmiz 3 qızıl, 2 bürünc medal qazanmışdı.

 

# 789
avatar

Oxşar yazılar