Macarıstanın Budapeşt şəhərində keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işini yekunlaşdırıb. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, konfransda gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.
Konfrans çərçivəsində nazir Azad Rəhimov “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.